20 May 2024
Metro reysdən çıxıb platformanın divarına çırpıldı - FOTOLAR

Metro reysdən çıxıb platformanın divarına çırpıldı - FOTOLAR

16 Noyabr 2023
Baxış: 359

Türkiyədə relsdən çıxan metro platformanın divarına çırpılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İzmir Böyükşəhər Bələdiyyəsi açıqlama verib.

Bİldirilib ki, hadisə İzmirin Bornova rayonunda Fahrettin Altay-Evka 3 istiqamətində hərəkət edən metro xəttində qeydə alınıb.

Nəticədə xəsarət alan olmayıb.

“Fahrettin Altay - Evka 3 metrosu bu gün saat 12.00 radələrində Sanayi metrosunun dayanacağında naməlum səbəbdən relsdən çıxaraq divara çırpılıb”.

Qeyd olunub ki, reyslər arası əlaqə 15 dəqiqədən bir olmaqla həyata keçirilməyə davam edir.