16 May 2024
Messinin qonşuluğunda 12 milyon dollara EV ALDI

Messinin qonşuluğunda 12 milyon dollara EV ALDI

07 Mart 2024
Baxış: 312

"İnter Mayami"nin hücumçusu Luis Suares 12 milyon dollara ev alıb.

AJMEDİA.İNFO "Real Deal"a istinadən xəbər verir ki, uruqvaylı futbolçu ailəsi ilə birlikdə Florida ştatının Fort Lauderdeyl bölgələrindən birində komanda yoldaşı Lionel Messinin yanında məskunlaşıb.

Suares və həyat yoldaşı Sofiya Balbinin yeni evinin sahəsi təxminən 660 kvadratmetrdir.

Suares 2014-2020-ci illərdə Messi ilə birlikdə "Barselona"da çıxış edib və hər ikisi hazırda MLS-də oynayır.

Messi ötən ilin sentyabrında Floridada özünə 10,8 milyona ev alıb.