02 May 2024
Messi Qətərdə belə qorunur - VİDEO

Messi Qətərdə belə qorunur - VİDEO

21 Noyabr 2022
Baxış: 426

Dünya çempionatı üçün Qətərdə olan Argentina millisinin ulduzu Lionel Messinin qorunması diqqət çəkib.

AJMEDİA.İNFO xəbər verir ki, stadiondan və oteldən başqa yerlərdə xüsusi mühafizəçilərlə gəzən Leo komanda yoldaşları tərəfindən də qorunur.

Belə ki, onun daha çox qorunması Rodriqo De Paul və Nikolas Otamendiyə tapşırılıb.

Məhz bu iki futbolçu Messinin oteldə qonşularıdır. Leo Serxio Aqüeronun yığma karyerasını başa vurmasından sonra otaqda tək qalır.

De Paul təkcə oteldə deyil meydançada da Messini qoruyur. Bununla bağlı videolar sosial şəbəkələrdə gündəm olub.