18 May 2024
Məşhur repçinin zorladığı gənc qız: “Dostunun yanında olarkən üstümə atıldı” - FOTO

Məşhur repçinin zorladığı gənc qız: “Dostunun yanında olarkən üstümə atıldı” - FOTO

02 Noyabr 2021
Baxış: 534

Repçi Yunq Trappanı ona təcavüz etməkdə günahlandıran qız polisə hadisənin təfərrüatlarını danışıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, qız repçinin onu yumruqla vurduğunu, daha sonra isə cinsi əlaqəyə girməsə öldürməklə və pəncərədən aşağı atmaqla hədələdiyini deyib.

Tələbə qız əlavə edib ki, Şiryayevlə təxminən ay yarım əvvəl sosial şəbəkələrdə tanış olub. Daha sonra isə repçi onu və rəfiqəsini əylənməyə dəvət edib. Birinci kurs tələbəsi olan gənc qız içki içmədiyini və öz iradəsinə zidd heç nədən istifadə etmədiyini vurğulayıb.

İddiaya görə, Yunq Trappa hələ dostunun yanında olarkən qızın üstünə atılıb. Şiryayev təkbaşına təcavüz etməyə cəhd göstərsə də, qız buna qarşı çıxıb. Ancaq sonra qorxub və hadisə baş verib.

Qız tanışlıq zamanı reperlə romantik münasibətlərinin olduğunu, onun bu cür aqressivliyə yol vermədiyini bildirib.(Konkret.az)