19 May 2024
Məşhur prodüser: "Rəşad Dağlı 6 ay idi ki, narkomaniyaya qarşı mübarizə aparırdı" - VİDEO

Məşhur prodüser: "Rəşad Dağlı 6 ay idi ki, narkomaniyaya qarşı mübarizə aparırdı" - VİDEO

10 Noyabr 2022
Baxış: 696

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı qonşusu 1979-cu il təvəllüdlü İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib.

AJMEDİA.İNFO xəbər verir ki, iddiaya görə, tərəflər arasında mübahisəyə səbəb Rəşadın toyların birində iştirakı zamanı narkotik maddə ilə bağlı söylədiyi meyxana olub.

Prodüser Ataş Hüseyn qonaq olduğu "Təsir dairəsi" ictimai-sosial verilişdə ölkə gündəmini zəbt edən hadisə ilə bağlı bu fikirləri ifadə edib: "Mən bilmirəm ki, bu meyxanadan söhbət gedir ya yox. Amma Rəşad son 5-6 aydır qarşısına məqsəd qoymuşdu, narkomaniyaya qarşı mübarizə aparırdı. Onu illərdir tanıyıram, bir məhəllənin adamıyıq. Sənətindən əlavə, çox gözəl insandır, adam öldürən biri deyil. Polis bölməsinə yanına getdim, buraxmadılar.

Yəqin ki, Rəşad özünü müdafiə edib. Mən belə başa düşürəm. Rəşad onunla görüşə tək gedib, istəyib başa salsın.

Yəqin maşında həmin şəxs (red. İsgəndər Mehdiyevi nəzərdə tutur) təhqirləri artırıb, hətta ola bilər ki, bıçaq çıxarıb. O bıçaqla da əlbəyaxa olublar. Başqa cür ola bilməz. Rəşadı çox yaxşı tnıyıram, o, ciddi adamdır, söz götürməz. Çox sakit adamdır, efirlərə çıxmırdı ki, qalmaqaldan uzaq olsun. Bu adamı necə bir vəziyyətə gətiriblər ki, bu cür hadisə baş verib".

Qeyd edək ki, Rəşad Dağlının öldürdüyü İsgəndər Mehdiyev meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur. Ələkbər altı aya yaxındır ki, Almaniyadadır. Meyxanaçı orada yaşamaq üçün icazə istəyir.