06 May 2024
Məşhur müğənni SAXLANILDI - FOTO

Məşhur müğənni SAXLANILDI - FOTO

25 Avqust 2022
Baxış: 336

Məşhur türkiyəli müğənni Gülşən polis tərəfindən saxlanılıb.

AJMEDİA.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, "Xalqı kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” maddəsi ilə istintaqa cəlb edilən müğənni saxlanılıb. Gülşən konserti zamanı İmam Hatip liseyi şagirdlərinin ünvanına dediyi sözlərə görə nəzarətə götürülüb.

Türkiyə Milli Təhsil Nazirliyi də məsələ ilə bağlı hüquqi prosedur başladıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Gülşənin təhqir və böhtanlar ehtiva edən sözlərini qınayırlar.

Gülşən "xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunur. Onun polisin iştirakı ilə prokurorluğa gətirilməsinə qərar verilib.