19 May 2024
Məşhur milyarderlər bu siyahıya düşmədi – Planetin ən zənginləri kimlərdir?

Məşhur milyarderlər bu siyahıya düşmədi – Planetin ən zənginləri kimlərdir?

05 Aprel 2023
Baxış: 476

“Forbes” dərgisi planetin ən zəngin adamlarının ilk onluğunu açıqlayıb. Maraqlıdır ki, siyahıda “Facebook” rəhbəri Mark Zükerberqin, “Google” korporasiyasının və “Apple”qurucularının adları düşməyib.

Milyarderlərin adlanı təqdim edirik:

Bernard Arnault - 210,8 milyard dollar varidatı var. Lüks mallar və kosmetika istehsal edən şirkətlər qrupunun rəhbəri və ən böyük səhmdarı olan fransızdır.

İlon Mask 196,5 milyard dollarla ikinci yerdə gəlir. Əslən Cənubi Afrikadan olan amerikalı milyarder “Tesla” avtomobil şirkətinin, “SpaceX” kosmik şirkətinin sahibidir. Ötən il 44 milyard dollara “Twitter” sosial şəbəkəsini satın aldıb.

“Amazon” onlayn satış platformasının sahibi, amerikalı Ceff Bezos 117,4 milyard dollarla növbəti sırada gəlir.

Biznes proqram təminatı və server avadanlıqlarının əsas istehsalçısı və təchizatçısı olan “Oracle” şirkətinin amerikalı həmtəsisçisi Larri Ellison isə 112,3 milyard dollarla dördüncü sırada yer alır.

Məşhur sərmayəçi Uorren Baffet 106,4 milyard dollarlı sərmayəyə malikdir. Amerikalı milyarder iqtisadiyyatın müxtəlif sektorlarında onlarla yüksək gəlirli şirkətlərə sahib olan “Berkshire Hathaway” investisiya konqlomeratının rəhbəridir.

Ən populyar milyarder olan Bill Qeyts 104,9 milyard dollarla altıncı sıraya düşüb. Amerikalı zəngin “Microsoft”un qurucusu və ən böyük səhmdarıdır.

Meksikalı Carlos Slim Elunun 89,9 milyard dolları var. O, Latın Amerikasında bir çox şirkətə, o cümlədən regionun ən böyük mobil telefon şirkəti “América Móbil”in sahibdir.

Milyarderlər sırasında hindastanlı Mukeş Ambani 83,3 milyard dollarla səkkizinci yerdə qərarlaşıb. O, Hindistanda neft emalı, neft və qaz, telekommunikasiya və pərakəndə satış şirkətlərinin sahibi olan “Reliance Industries” holdinqinin əsas səhmdarıdır.

Amerikalı Stiv Ballmerin 80,9 milyard dollar dəyərində varidatı var. Milyarder amerikalı keçmişdə “Microsoft”un baş direktoru olub və sərvətini əsasən bu şirkətdəki bonuslar, maaşlar hesabına əldə edib.

Sonuncu sırada 80.7 milyard dollarlıq sərvətlə Fransuaza Bettencourt- Meyers gəlir. O, onluğa düşən yeganə fransız və tək qadındır. O, “LʼOreal” ətir imperiyasının əsas varislərindən biridir.Azpolitika.info

Teqlər: Forbes