16 May 2024
Məşhur milyarder faciəvi şəkildə ÖLDÜ - TƏFƏRRÜAT + FOTO

Məşhur milyarder faciəvi şəkildə ÖLDÜ - TƏFƏRRÜAT + FOTO

16 Yanvar 2024
Baxış: 356

Rusiyalı milyarder Andrey Qodunov Murmansk vilayətində gəzinti zamanı qar uçqunu altında qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Baza" Telegram kanalında məlumat yayılıb.

Məlumata görə, 48 yaşlı Qodunov qar uçqunu altında qalaraq həlak olub. Onun cəsədi yanvarın 8-də Petrelius dağındakı Ramsay dərəsi yaxınlığında aşkar edilib. O, qeydiyyatdan keçməmiş turist qrupu ilə qar avtomobilində gəzib. Baş verənlərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Qodunov "Apple" avadanlıqlarının satışı və servisi üzrə ixtisaslaşan "NBCOM" Qrupunun təsisçisidir. 2023-cü ildə iş adamının sərvəti 3,5 milyard rubl olaraq qiymətləndirilib.

(sfera.az)