20 May 2024
Məşhur meyxanaçının Rusiyada oğlu VAR İMİŞ - ŞOK FAKT + VİDEO

Məşhur meyxanaçının Rusiyada oğlu VAR İMİŞ - ŞOK FAKT + VİDEO

10 Yanvar 2024
Baxış: 291

Avtomobil qəzasında dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanlının Rusiyada oğlu olduğu üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ARB-nin efirində yayımlanan verilişlərdən birində məlumat verilib.

Mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib. O qeyd edib ki, ancaq onunla əlaqəsi yoxdur.

“Qardaşım hardasa 35 il əvvəl bir qızla Moskvada tanış olmuşdu. O qız orada təhsil alırdı, qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra o, universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə vermədi. Sonradan bildiyimə görə, o, avtomobil qəzasında həyatını itirib. Onun Bayramdan bir oğlu olmağını mən sonradan bildim. Mən onun tapılmağını çox istəyirəm. Qardaşımın yadigarıdır”, - o bildirib.

Daha ətraflı ARB TV-nin süjetində: