16 May 2024
Məşhur istirahət mərkəzində 10 nəfər zəhərləndi - RƏSMİ

Məşhur istirahət mərkəzində 10 nəfər zəhərləndi - RƏSMİ

20 İyul 2022
Baxış: 422

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən AJMEDİA.İNFO-nun sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".