17 May 2024
Məşhur aparıcı Aytən Səfərova küçədə qadını döyən kişinin görüntülərini paylaşdı - VİDEO

Məşhur aparıcı Aytən Səfərova küçədə qadını döyən kişinin görüntülərini paylaşdı - VİDEO

17 İyun 2021
Baxış: 923

Aparıcı Aytən Səfərovanın sosial şəbəkədə yayımladığı video müzakirələrə səbəb olub.

AJMEDİA.info xəbər verir ki, görüntülərdə bir kişinin qadını zorla maşına otuzdurmağa çalışdığı əks olunub. Qadın zorla qaçaraq insanlardan kömək istəyib.

Yanında övladı olan xanımı küçədə sürüyərək zor tətbiq edən kişi daha sonra maşınına oturaraq uzaqlaşıb.

A.Səfərova videoya "Səhət tezdən qışqırıq səsləri eşitdik. Sona qədər anlamadıq nədir. Lakin ümid edirik ki, bu ailənin üzvləri barışıb və uşaqları da artıq gözüyaşlı deyil. Yasamal rayonu, səhər saat 9 radələri" sözlərini yazıb.(axşam.az)