17 May 2024
Məşhur aktyor bugünkü yanğından sonra ürəyi partlayıb ölən dayısı barədə: "Üçüncü dəfədir, mağazası yanır, bu dəfə dözmədi..."

Məşhur aktyor bugünkü yanğından sonra ürəyi partlayıb ölən dayısı barədə: "Üçüncü dəfədir, mağazası yanır, bu dəfə dözmədi..."

23 Noyabr 2023
Baxış: 430

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın nəticəsində bir nəfər ölüb, əraziyə cəlb olunan FHN işçiləri isə xəsarət alıblar.

AJMEDİA.İNFO xəbər verir ki, AZXEBER.COM yanğında vəfat edən şəxslə bağlı bəzi məlumatlar əldə edib.

Bu gün yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruzun dayısıdır.

Hadisə ilə bağlı danışan Cavidan Novruz məlumatı təsdiqləyib:

"Bəli, təəssüf ki, xəbər doğrudur. Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”.