19 May 2024
Məşhur aktrisa Fahriye Evcen oğluna söz deyildiyi üçün RESTORANI TƏRK ETDİ - FOTOLAR

Məşhur aktrisa Fahriye Evcen oğluna söz deyildiyi üçün RESTORANI TƏRK ETDİ - FOTOLAR

29 İyul 2022
Baxış: 461

İkinci uşağına hamilə olan aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və oğlu Karanla istirahətə yollanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bodrumda yaxta ilə səyahət edən cütlük Yalıkavakdakı məkanlardan birində şam edib.

Restoranda olarkən Karan bilmədən müştərinin əyləşdiyi masaya toxunub.

Narahat edildiyi üçün əsəbiləşən müştəri Karana "Yavaş ol bir az, bu nədir?" sözlərini söyləyib. Fahriye azyaşlı oğluna deyilənlərdən hiddətlənib. O, ayağa qalxaraq "Etdiyiniz hərəkətə görə ayıb olsun. O, hələ uşaqdır" sözlərini söyləyib.

Əsəbini cilovlaya bilməyən müştəri "Nə edim ki, uşaqdır?" sözləri ilə yenidən Fahriyeyə sərt reaksiya verib. Bundan sonra cütlük azyaşlı oğlu Karanı da götürərək məkandan uzaqlaşıb.