19 May 2024
“Məni öldürməyə çalışırlar, atam...” – Baydenin oğlundan ŞOK SÖZLƏR

“Məni öldürməyə çalışırlar, atam...” – Baydenin oğlundan ŞOK SÖZLƏR

09 Dekabr 2023
Baxış: 402

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma və sənəd saxtakarlığı ittihamları ilə iddia irəli sürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, Hanter Bayden iştirak etdiyi "Moby Pod" proqramında ittihamları qəbul etmədiyini bildirib:

“Məni öldürməyə çalışırlar. Bu ittihamlarla nüfuzuma xələl gətirmək cəhdləri nəticə verməyəcək. Bunların hamısı yalandır. Amma bu iftiraların durmasına olan ümidlərimi itirmişəm, görünən odur ki, atam ABŞ prezidenti olduğu müddətcə onlar dayanmayacaq”.

Xatırladaq ki, ittihamlar təsdiqini taparsa Hanter Baydeni 17 ilə qədər həbs cəzası gözləyir.(sfera.az)