18 May 2024
"Məni nümunə gətirirlər ki..." - Tanınmış meyxanaçıdan narkotik ETİRAFI

"Məni nümunə gətirirlər ki..." - Tanınmış meyxanaçıdan narkotik ETİRAFI

25 Avqust 2022
Baxış: 403

Meyxanaçı Rüfət Nasosnu (Kərimov) narkotiklə bağlı etiraf edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, prodüser Tarix Əliyevin "Toliklə səmimi" layihəsində danışıb.

Rüfət deyib ki, o bir vaxt alüdəçi olsa da, narkotik vasitələri tərgitməyi bacarıb:

"Bəzən soruşanda ki, sən müəyyən işlərlə məşğul olmusan, tərgitmisən, bunun iki cür təsiri var. Bir var ki, cavan uşaqdır, baxıb deyir, edib, tərgidib, mən də belə ola bilərəm. Bir də var, həmin adam bu işlə məşğul olur, mənə baxıb deyir ki, bu kişi tərgidibsə, mən də edə bilərəm. İnsan danışmağa qorxur ki, bəziləri pis, bəziləri yaxşı tərəfini götürə bilər. Məni nümunə gətirirlər ki, Rüfət tərgitdi, sən isə yox".(olay.az)