20 May 2024
Məmmədovla Avetisyanın “işbirliyi” 26 NƏFƏRİ ÖLDÜRDÜ

Məmmədovla Avetisyanın “işbirliyi” 26 NƏFƏRİ ÖLDÜRDÜ

21 Oktyabr 2021
Baxış: 542

Rusiyanın Yekaterinburq şəhərində 26 nəfərin keyfiyyətsiz içkidən zəhərlənməsi ilə bağlı 2 nəfər həbs olunub.

AJMEDİA.İNFO Rusiya KİV-nə istinadən xəbər verir ki, metil spirtini vodka adı ilə satanlar Gürcüstan və Azərbaycan vətəndaşlarıdır. Onlar Sverdlovsk vilayətində 26 nəfərin ölümü ilə nəticələnən saxta içki partiyasını ticarət köşklərinə satmışdılar.

Oktyabrın 7-dən 20-nə qədər milliyətcə azərbaycanlı 54 yaşlı Nadir Məmmədov və milliyətcə erməni 42 yaşlı Armen Avetisyan həmin saxta içkiləri Yekaterinburq şəhərində satıblar.

Bu zaman 26 nəfərin ölümü ilə yanaşı, 20-yə qədər insan da xəstəxanaya yerləşdirilib.(modern.az)