16 May 2024
Məktəbli qız hamilə qaldı: Araşdırma başladı

Məktəbli qız hamilə qaldı: Araşdırma başladı

28 Mart 2022
Baxış: 636

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 aylıq hamilə qalan 16 yaşlı qız barəsində yayılan məlumatlara aydınlıq gətirib.

AJMEDİA.İNFO xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qız artıq doğumla bağlı Suraxanı rayonunda qeydiyyata düşüb: “Sözügedən hadisə ilə bağlı Komitəyə məlumat daxil olub. Qız hazırda Bakıda xalasının yanındadır. Suraxanı rayonunda doğumla bağlı qeydiyyata alınıb.

Qızın qoşulub qaçdığı oğlanla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başladılıb. Eyni zamanda məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsində də araşdırma aparılır. Bizdə olan məlumata görə, qız ilk dəfə 15 yaşında özündən 5 yaş böyük oğlana qoşulub qaçıb. Şiddətə məruz qaldıqdan sonra qaçıb sığınacağa müraciət edib. Sığınacaqdan da xalası ilə əlaqə saxlanılıb. Komitə tərəfindən qıza zəruri olan psixoloji yardımlar, hüquqi prosedurlar aparılır. Daha da dəhşətlisi odur ki, qız təhsildən yayınıb. Komitə tərəfindən qızın fərdi təhsilə cəlb olunması istiqamətində işlər aparılır”. nocomment.az