18 May 2024
Məktəblərin qarşısına niyə videokameralar quraşdırılmır? - AÇIQLAMA

Məktəblərin qarşısına niyə videokameralar quraşdırılmır? - AÇIQLAMA

01 Noyabr 2023
Baxış: 564

Təhsil müəssisələrinin qarşısında kriminal xarakterli, qanuna zidd olaylar, narkotik satışları geniş vüsət alıb.

Maraqlıdır, bu cür hadisələrin müəyyən edilməsi məqsədi ilə məktəblərin qarşısında videokameralar yerləşdirilirmi?

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Osman Gündüz deyib ki, təhsil müəssisələrinin ərazisi video müşahidə altında olmalıdır:

“Ümumiyyətlə, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığın qarşısının alınmasında "Təhlükəsiz Şəhər" sisteminin rolu gücləndirilməlidir. Dəfələrlə şahidi olmuşuq ki, polis kamera nəzarəti olan ərazilərdə cinayətin üstünün açılmasında daha çevik və effektiv hərəkət edə bilir. Effektiv videomüşahidə sistemi polisin rəqəmsallaşmasında mühüm əhəmiyyət kəsb edir. Amma təəssüf ki, ictimai əhəmiyyət kəsb edən yerlərdə- yeni tikililərdə, təhsil müəssisələrinin ətrafında, ümumiyyətlə ölkə üzrə kameralaşma ilə bağlı ciddi problemlər hələ də qalır”.

Ekspert bildirib ki, dünyada artıq bu sahədə süni intellekt vasitəsilə həll yolları tətbiq edilir:

“Hətta maskada olan cinayətkarların identifikasiyasına imkan verən müşahidə texnologiyalarından istifadə edilir. Düşünürəm ki, “Təhlükəsiz şəhər”lə bağlı Prezident fərmanı və Nazirlər Kabinetinin qərarları olmasına baxmayaraq proses ləng gedir”.(Sfera.az)