19 May 2024
Məktəb direktoru bu əməlinə görə İŞDƏN ÇIXARILDI - FOTO

Məktəb direktoru bu əməlinə görə İŞDƏN ÇIXARILDI - FOTO

18 Dekabr 2023
Baxış: 542

Xaçmaz rayon Çiləgir kənd orta məktəbinin direktoru Anar Nəcməddinli tutduğu vəzifədən uzaqlaşdırılıb.

AJMEDİA.İNFO "7Times.az”a istinadla xəbər verir ki, direktorun bu vəzifədən çıxarılmasına əsas səbəb onun qanunsuz əməlləri olub. Beləki o, müxtəlif qeydiyyat yerlərinə aid olan şagirdlərin adlarını direktor olduğu Çiləgir kənd orta məktəbinin şagird siyahısına daxil edərək onların təhsildən yayınmasına şərait yaradıb.

Qeyd edək ki, Anar Nəcməddinli 5 il bundan əvvəl həmin vəzifəyə təyin edilmişdi.

Hazırda məktəbin direktor səlahiyyətləri təhsil müəssisəsinin direktor müavini olan Vüsalə Yusifliyə həvalə edilib.