14 May 2024
Meksikada ikinci antirekord: koronavirusdan gün ərzində 947 nəfər vəfat edib

Meksikada ikinci antirekord: koronavirusdan gün ərzində 947 nəfər vəfat edib

25 İyun 2020
Baxış: 365

Meksikanın hakimiyyət orqanları çərşənbə günü COVID-19 koronavirusundan daha 947 ölüm faktını təsdiqləyiblər. Bu, koronavirus pandemiyası başlandığı dövrdən sutka ərzində qurbanların ikinci rekord sayıdır. Sutka ərzində ən çox ölüm halı iyunun 3-də qeydə alınıb. Həmin gün hakimiyyət orqanları 1092 nəfərin virusun qurbanına çevrildiyini bildiriblər.

AJM Meksika Səhiyyə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, ölkədə indiyədək 24.324 nəfər bu xəstəlikdən vəfat edib.

Gün ərzində yoluxanların təsdiqlənmiş sayı 5.437 nəfər təşkil edir. Yoluxanların ümumi sayı isə 186.847 nəfərdir. Ekspertlər hesab edirlər ki, Meksikada testləşdirmənin çox aşağı səviyyədə olması nəzərə alınsa, bu rəqəmlər açıq-aşkar kiçildilib.

Teqlər: Meksika