16 May 2024
Məhkəmə Sudanın sabiq prezidentinə dövlət çevrilişi ittihamı irəli sürüb

Məhkəmə Sudanın sabiq prezidentinə dövlət çevrilişi ittihamı irəli sürüb

21 İyul 2020
Baxış: 420

Sudan məhkəməsi ölkənin sabiq prezidenti Ömər əl-Bəşirə və daha bir neçə siyasətçiyə 1989-cu ildə dövlət çevrilişi etmək barədə ittiham irəli sürüb.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, hakim Ömər əl-Bəşirlə yanaşı, onun iki vitse-prezidentinə - Bəkri Həsən Salehə və Əli Osman Məhəmməd Tahaya, həmçinin “xilas hökumətinin” 28 üzvünə müvafiq ittiham irəli sürülməsinə dair qərar qəbul edib.

Dövlət çevrilişi üzrə növbəti məhkəmə iclası avqustun 11-nə təyin olunub.

2019-cu ilin aprelində geniş ictimai etirazlar fonunda hərbçilər tərəfindən vəzifədən kənarlaşdırılan Ömər əl-Bəşir korrupsiya işi üzrə iki il azadlıqdan məhrum edilib. Hazırda isə hərbi çevriliş üzrə cinayət inişin təhqiq olunması üçün xüsusi komissiya yaradılıb. Sudanın baş prokurorluğu 30 il bundan öncə baş verən çevrilişdə iştirak edən bütün hərbçilərin saxlanmasına qərar verib.

Teqlər: Məhkəmə