30 Sentyabr 2023

Məhkəmə deputat Anatoli Rafailov barəsində xitam qərarı verdi

Məhkəmə deputat Anatoli Rafailov barəsində xitam qərarı verdi

15 Sentyabr 2023
Baxış: 673

Milli Məclisin deputatı Anatoli Rafailov barəsindəki inzibati işə xitam verilib.

AJMEDİA.İNFO xatırladır ki, deputat barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdi və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdi.

Sentyabrın 14-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi işə baxılıb. Hakim işə xitam verilməsi barədə qərar çıxarıb.

Anatoli Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.

Yəhudi əsilli deputat Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Yeri gəlmişkən, bu gün yəhudi təqvimi ilə yeni il - Roş ha-Şanadır. Yəhudi xalqı 5784-cü ilin gəlişini qeyd edir.

Prezident İlham Əliyev Roş-ha-Şana münasibəti ilə Azərbaycanın yəhudi icmasını təbrik edib.

Qaynarinfo da Roş-ha-Şana münasibəti ilə deputat Anatoli Rafailovu və Azərbaycanın yəhudi icmasını təbrik edir.(qaynarinfo)