16 May 2024
Məhkəmə Ata Abdullayevin həbsinə qərar verdi

Məhkəmə Ata Abdullayevin həbsinə qərar verdi

15 Mart 2021
Baxış: 1693
Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Ajmedia.info xəbər portalı Azvizion.az saytına istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A. Abdullayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A. Abdullayev bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunduğu bildirilir.