20 May 2024
Məhəmməd Əmin Rəsulzadəni bir qoşalüləyə satan "bəy"in FOTOSU

Məhəmməd Əmin Rəsulzadəni bir qoşalüləyə satan "bəy"in FOTOSU

31 Yanvar 2022
Baxış: 564

Ləyaqətli və ləyaqətsiz insanlar üçün tarixi dərs: Tarixçi alim Ədalət Tahirzadə M.Ə.Rəsulzadənin necə həbs olunması barədə belə danışır:

“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Məhəmməd Əmin Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib.

Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.

Qeyd: Fotodakı şəxs Rəsulzadəni satan Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyovdur! Göründüyü kimi, adamın adı, soyadı “bəy”lə doludur. Amma…

No description available.

Samir Feyruzov