19 May 2024
"Mədəniyyətin olsa, şortiklə çıxıb lezva reklam etməzsən" - Bəhramı SÖYDÜLƏR + FOTO

"Mədəniyyətin olsa, şortiklə çıxıb lezva reklam etməzsən" - Bəhramı SÖYDÜLƏR + FOTO

03 Sentyabr 2023
Baxış: 433

Əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsi birmənalı qarşılanmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bir sıra tanınmış şəxslərlə yanaşı sosial media istifadəçiləri də Bəhram Bağırzadəni tənqid ediblər.

Qeyd edək ki, Bəhram Bağırzadə bildirib ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər:

"Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".

(kanal.az)