17 May 2024
Mayk Pens COVID-19-un kəskin şəkildə yayıldığı Texas ştatına kömək ediləcəyini vəd edib

Mayk Pens COVID-19-un kəskin şəkildə yayıldığı Texas ştatına kömək ediləcəyini vəd edib

29 İyun 2020
Baxış: 377

“ABŞ Federal Hakimiyyət orqanları koronavirusla bağlı vəziyyətin ciddi şəkildə pisləşdiyi Texas ştatına kömək edəcək”,

AJM yerli “WFAA” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Mayk Pens deyib.

Texas qubernatoru Qregg Ebbott öz növbəsində koronavirus infeksiyasının son həftələrdə ştatda təhlükəli dönüş yaratdığını, yeni xəstəxanalara yerləşdirilənlərin sayının 2 mindən 5 minə qədər yüksəldiyini və müsbət test nəticələrinin faiz nisbətinin 4.7%-dən 13%-dək artdığını vurğulayıb.

Teqlər: Mayk Pens