17 May 2024
Matçdan sonra döyülən Ramil Şeydayevdən SƏRT MESAJ - FOTO/VİDEO

Matçdan sonra döyülən Ramil Şeydayevdən SƏRT MESAJ - FOTO/VİDEO

30 Noyabr 2023
Baxış: 461

Azərbaycan millisi və Tailandın "Buriram Yunayted" klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında "Zeyianq"a qarşı matçdan sonra rəqib futbolçular tərəfindən zorakılığa məruz qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, oyundan sonra R.Şeydayev Çin klubuna mesaj göndərib.

O instaqram hesabında paylaşım edib: "Mən hələ də burdayam, "Zeyianq". Sadəcə ünvanı göndər".

Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.