17 May 2024
"Mason lojasında ölkəni təmsil edirdim, imkan vermədiniz" – Elşad Miridən İRONİK CAVAB + VİDEO

"Mason lojasında ölkəni təmsil edirdim, imkan vermədiniz" – Elşad Miridən İRONİK CAVAB + VİDEO

29 Dekabr 2023
Baxış: 441

Uzun müddətdir, sosial şəbəkələrdə ilahiyyatçı Elşad Mirinin mason lojası ilə əlaqəsi olduğu iddia edilirdi.

AJMEDİA.İNFO xəbər verir ki, hazırda ABŞ-də səyahətdə olan Elşad Miri məsələyə ironiya ilə cavab verib.


Belə ki, dinşünas Vaşinqtonda video çəkərək onu sosial şəbəkədə "Elşad Mirinin mason lojasındakı videosu" başlığı ilə paylaşıb:


“Çox insan deyirdi ki, masonsan. Vaşinqtondakı mason lojasının önündəyəm, lakin məni içəri qəbul etmirlər. Deyirlər ki, artıq sənin mason olduğunu hamı bilir. Nə edəcəyimi bilmirəm. Digər variant kimi Şotlandiya və Fransa mason lojasına müraciət edəcəyəm. Azərbaycandan belə bir masonu itirdiniz. Bir ilahiyyatçı kimi mason lojasında Azərbaycanı təmsil edirdik, imkan vermədiniz. Bu məsələni hər yerdə yayaraq masonların gözündən düşməyimizə səbəb oldunuz”.

(Sfera.az)