19 May 2024
Maşında yatan kişi sığınacağa yerləşdirildi

Maşında yatan kişi sığınacağa yerləşdirildi

10 Yanvar 2022
Baxış: 488

Qubada maşında yatan kişi sığınacağa yerləşdirildi.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, Qubada maşında yaşadığı bildirilən Məmmədbəy Məmmədbəyov Sosial Xidmətlər Agentliyinin yerli filialının əməkdaşları tərəfindən Bakı şəhərinə göndərilib:

“O, həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. Məmmədbəy dayı burada isti sığınacaqla, gündəlik qidalanma təmin olunacaq. Qaldığı müddətdə digər sosial xidmətlərdən də yararlanacaq”.