17 May 2024
Marneulidə Zəfər Gününə həsr olunan bilik yarışı keçirildi

Marneulidə Zəfər Gününə həsr olunan bilik yarışı keçirildi

03 Noyabr 2021
Baxış: 751

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” bilik yarışı keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, intellektual oyunda Marneulinin 15 ictimai məktəbinin şagirdləri və GAİM gəncləri iştirak ediblər.

Yarışa 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.

Komandalar Qarabağın tarixi və mədəniyyəti ilə bağlı sualları cavablandırıblar. Yarışda I yeri Təkəli kənd orta məktəbi, II yeri Marneulinin 8 saylı məktəbi, III yeri isə Böyük Muğanlı kənd məktəbinin şagirdləri tutub. Qalib komandalara pul mükafatları təqdim olunub.

Tədbir çərivəsində GAİM-in foyesində Şuşa qalası, Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Ağdamın Çay evi və Qarabağın digər tarixi və mədəni abidələrinin maketləri sərgilənib. Ziyarətçilərə Qələbənin simvolu olan Xarıbülbülün maketi də nümayiş etdirilib. Sərgi yarış iştirakçıları və qonaqların böyük marağına səbəb olub.