16 May 2024
Marneulidə bazarda güclü yanğın baş verdi

Marneulidə bazarda güclü yanğın baş verdi

20 Oktyabr 2021
Baxış: 559

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonun mərkəzində yerləşən bazarda güclü yanğın baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub.

Alov bazar ərazisindəki mağazalar və anbarları əhatə edib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.