18 May 2024
"Mariupoldakı uşaqları çıxarmağıma icazə verin, canım sizindir" - Ukrayna generalından Rusiyaya İNSANLIQ DƏRSİ

"Mariupoldakı uşaqları çıxarmağıma icazə verin, canım sizindir" - Ukrayna generalından Rusiyaya İNSANLIQ DƏRSİ

25 Mart 2022
Baxış: 645

"Mariupoldakı uşaqları çıxarmağıma icazə verin, sizə təslim olacağam".

AJMEDİA.İNFO xəbər verir ki, ukraynalı polis generalı Vyaçeslav Abroskin Mariupol şəhərində qalan uşaqların xilası əvəzində ruslara öz canını təklif edib.

Məlumata görə, o, şəhərdəki uşaqları toplayıb çıxarmaq ruslardan ona 3 gün vaxt vermələrini istəyib.

Uşaqları şəhərdən çıxararkən sonuncu qayıdış məntəqəsində təslim olacağına söz verib:

“Mən 2014-2018-ci illərdə Donetsk vilayətində sizə qarşı müqavimət təşkil etmiş polis generalıyam. Sanksiya siyahılarınıza daxil edilmişəm, axtardığınız adamam. Aradan götürmək üçün mənə sui-qəsd təşkil etmisiniz. Mənim iştirakımla onlarla adamınız öldürülüb, minlərlə silahdaşınız həbs olunub. Məşhur Azov alayına, bəlkə də, ən yaxın generalam. Bu, mənim şəxsi təşəbbüsümdür. Mənim həyatım tək mənə məxsusdur və mən bunu hələ də Mariupolda qalan uşaqların həyatı müqabilində təklif edirəm”.

Çağatay Noqay,

AJMEDİA.İNFO