06 May 2024
Manaf Ağayev saxlanıldı

Manaf Ağayev saxlanıldı

18 Fevral 2022
Baxış: 789

Müğənni Manaf Ağayev saxlanılıb.

AJMEDIA.INFO Lent.az-a istinadən xəbər verir ki, o, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.

O qeyd edib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, M.Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək.