17 May 2024
Maliyyə naziri bank rəhbərlərinə defoltun fəsadları barədə xəbərdarlıq edib

Maliyyə naziri bank rəhbərlərinə defoltun fəsadları barədə xəbərdarlıq edib

19 May 2023
Baxış: 443

ABŞ-ın maliyyə naziri Canet Yellen onlarla ABŞ bankının rəhbərliyi ilə görüşdə potensial defoltun ölkənin maliyyə sistemi üçün fəlakətli nəticələri barədə məlumatları təqdim edib.

Bu barədə nazirlik tərəfindən yayılan açıqlamada bildirilib.

Sənədə əsasən, C.Yellen 20-dən çox icraçı direktor və bank rəhbərləri ilə görüşüb, “mövcud iqtisadi vəziyyəti müzakirə etmək” və ABŞ lideri Co Baydenin bu sahədəki təşəbbüslərini müzakirə edib.

"Nazir Yellen həmçinin Konqresin milli borc tavanı məsələsini həll etməsinin təcili ehtiyacını müzakirə edib və defoltun bank sistemi, milli və qlobal iqtisadiyyat üçün ağır nəticələrinə diqqət çəkib", - deyə qeyd olunub.

Teqlər: