Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
dünən 18:00Malidə BMT sülhməramlısı öldürüldü
02 Oktyabr 2021
Baxış: 477
Malidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində BMT-nin bir sülhməramlısı ölüb, daha üçü isə ağır yaralanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BMT Baş Katibinin Malidəki xüsusi nümayəndəsi, BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyasının rəhbəri Al-Qassim Vane məlumat verib.
Vane hadisənin Əlcəzairlə sərhəd yaxınlığında, Malinin şimal-şərqindəki Tesalit şəhəri ərazisində baş verdiyini əlavə edib.
Xüsusi nümayəndə sülhməramlıların hansı ölkədən olduğu barədə məlumat verməyib.
BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyası 2013-cü ilin yazında yaradılıb. Missiyanın məqsədi ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə kömək etməkdir. Hazırda missiyanın 15 min hərbçisi var.