20 May 2024
Makrondan ermənilərə növbəti mesajlar

Makrondan ermənilərə növbəti mesajlar

25 Sentyabr 2023
Baxış: 651

"Rusiya Azərbaycanla həmrəydir, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Fransa isə Ermənistan xalqını dəstəkləyəcək".

Erməni mediasının iverdiyi məlumatda, belə bir iddia ilə Fransa Prezidenti Emmanuel Makron TF-1 telekanalının efirində çıxış edib. “İnterfaks” xəbər verir ki, Qarabağdakı vəziyyətdən danışan Makron Rusiyanın Azərbaycanı dəstəklədiyini əminliklə bildirib.Qeyd edib ki, Fransa Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün son dərəcə diqqətlidir. “Biz Ermənistana siyasi və humanitar dəstəyi davam etdirəcəyik", - Makron ermənilərə mesaj ünvanlayıb.