20 May 2024
Mais Ağayev öz ərizəsi ilə işdən ayrılıb? - AÇIQLAMA

Mais Ağayev öz ərizəsi ilə işdən ayrılıb? - AÇIQLAMA

20 Yanvar 2024
Baxış: 451

Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, Mais Ağayev 2023-cü ilin noyabr ayından etibarən öz ərizəsi ilə işdən ayrılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov isə bu barədə açıqlama vermək istəmədiyini bildirib:


“Təmsil etdiyim qurumla bağlı bütün sualları cavablandırmağa hazıram. Hansısa işçi ilə bağlı açıqlama vermək istəmirəm”.