18 May 2024
Magistral kəmərdə qəza baş verib: Bakının bir sıra ərazilərində su olmayacaq - FOTO

Magistral kəmərdə qəza baş verib: Bakının bir sıra ərazilərində su olmayacaq - FOTO

28 Dekabr 2021
Baxış: 512

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, Nizami rayonu, Naxçıvani küçəsində (Nazlı Saray şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.

Teqlər: Azərsu