19 May 2024
Macarıstan müdafiə xərclərini 29% artırmaq istəyir

Macarıstan müdafiə xərclərini 29% artırmaq istəyir

30 May 2023
Baxış: 417

“Macarıstan 2024-cü ildə hərbi məqsədlər üçün 4,85 milyard avro ayırmağı planlaşdırır ki, bu da indiki ilə müqayisədə demək olar ki, 29% çoxdur”.

Bunu maliyyə naziri Mihay Varqa bildirib.

Onun sözlərinə görə, NATO öhdəliklərinə uyğun olaraq, Macarıstanın müdafiə xərcləri ÜDM-in 2,1%-nə çatacaq, korporativ artıq verginin bir hissəsini tutan və ordunun maliyyələşdirilməsinə sərf olunan Milli Müdafiə Fondu isə təxminən 1310 milyard forint təşkil edəcək (3,54 milyard avro - Red).

Bundan əvvəl Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Budapeşt və Belqrada hücumlar edilir, çünki ölkələr Ukraynada sülhə nail olmağa çalışır və münaqişənin genişlənməsini istəmir.

Teqlər: