06 May 2024
Macarıstan İsrail və Almaniya ilə birlikdə döyüş pilotsuz təyyarələri istehsal edəcək

Macarıstan İsrail və Almaniya ilə birlikdə döyüş pilotsuz təyyarələri istehsal edəcək

20 Avqust 2023
Baxış: 444

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin İsrail və Almaniya ilə birlikdə döyüş pilotsuz təyyarələri istehsal edəcəyini açıqlayıb.

Ajmedia.info-un məlumatına görə, Orban bildirib ki, Macarıstan İsrail və Almaniya şirkətləri ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayıb.

Eyni zamanda, İsrail şirkətinin UVision olduğu bildirilib. Macarıstan baş nazirinin bəyanatında alman şirkətinin adı çəkilməyib. Lakin o, Macarıstanın cənub-qərbindəki Zalaegerszeq şəhərində yeni zavodun açılış mərasimində çıxış edib.

Bu zavod Almaniyanın “Rheinmetall” hərbi-texniki şirkətinə məxsusdur və Macarıstan dövləti orada 49% paya malikdir. Bundan əlavə, Orban bildirib ki, Rheinmetall yaxın vaxtlarda ölkənin mərkəzi hissəsində daha bir zavod açacaq sursat istehsal edəcək. Onun sözlərinə görə, bu müəssisə Avropanın ən müasir müəssisələrindən birinə çevriləcək.

Məlum olub ki, Macarıstan Müdafiə Nazirliyi Almaniyanın Rheinmetall korporasiyası və İsrailin UVision şirkətlərindən “Hero” sursatının böyük partiyasının alınmasına dair müqavilə imzalayıb. Sövdələşmənin dəyəri açıqlanmayıb, lakin medianın məlumatına görə, söhbət “doqquz rəqəmli məbləğdən”, yəni 100 milyon dollardan və ya daha çox olan məbləğdən gedir. Çatdırılmaların 2024-cü ildə başlaması və 2025-ci ildə başa çatması planlaşdırılır.

Macarıstanda hansı döyüş pilotsuz təyyarə variantlarının istehsalının planlaşdırıldığı hələlik məlum deyil.