21 May 2024
Maaş və pensiyalarla bağlı əhaliyə MÜHÜM XƏBƏR

Maaş və pensiyalarla bağlı əhaliyə MÜHÜM XƏBƏR

23 Fevral 2024
Baxış: 329

“Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:

“Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir”, – deyə deputat vurğulayıb.