18 May 2024
"Maaş və pensiyalar yenidən artırılsın" - Millət vəkilindən TƏKLİF

"Maaş və pensiyalar yenidən artırılsın" - Millət vəkilindən TƏKLİF

06 İyun 2023
Baxış: 466

"2022-ci ildən bu yana ərzaq qiymətlərində 20 faiz, dərman qiymətlərində 40 faiz inflyasiya olub".

Bunu Milli Məclisin növbədənkənar iclasında deputat Vahid Əhmədov “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə müzakirə zamanı bildirib.

O, dövlət büdcəsi hesabına bəzi problemlərin həll edilməli olduğunu deyib: "Bunun qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirilməlidir. Xahiş edirəm ki, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olunsun. Bundan başqa maaş və pensiyaların artırılması məsələsi də müzakirə olunsun. Düzdür, artımlar var, amma bu da bəzən qiymət artımının qarşısında yetərli olmur. İstərdim ki, yol, rabitə su problemləri də büdcə hesabına həll edilsin". (sfera.az)