17 May 2024
Lukaşenkodan QƏRİBƏ ADDIM: Ukraynanı TƏBRİK ETDİ

Lukaşenkodan QƏRİBƏ ADDIM: Ukraynanı TƏBRİK ETDİ

24 Avqust 2022
Baxış: 324

Belarus lideri Aleksandr Lukaşenko Ukraynanın müstəqilliyinin 31-ci ildönümü münasibətilə Kiyevə təbrik göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, mətn dövlət başçısının saytında dərc olunub.

Lukaşenko qonşu ölkənin xalqına əmin-amanlıq, aydın səma, dözüm, cəsarət, güc və layiqli həyatın bərpasında uğurlar arzulayıb. Prezident əmin olduğunu vurğulayıb ki, "bugünkü ziddiyyətlər” belaruslar və ukraynalılar arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməz”.

"Belarus "harmoniyanın qorunması” və "bütün səviyyələrdə qarşılıqlı hörmətə əsaslanan dostluq əlaqələrinin inkişafı” üzərində işləməyə davam edəcək”, - deyə o, davam edib.

Bundan əvvəl prezident Lukaşenko "Ukraynaya hücum etməyəcəyinə” söz vermişdi.(qaynarinfo)