17 May 2024
Lukaşenkodan ƏMR: “Belarusa bircə nəfərin də ayağı dəyməyəcək”

Lukaşenkodan ƏMR: “Belarusa bircə nəfərin də ayağı dəyməyəcək”

05 Avqust 2021
Baxış: 824

Belarus prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrə sərhədləri bağlamağı tapşırıb.

AJMEDİA.İNFO-nun RİA "Novosti” yə istinadla məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə əhalisi özünü rahat hiss etsin deyə, silahlı qüvvələrə sərhədi bağlamağı tapşırıb.

"Bu gündən etibarən qonşu dövlətlə sərhədin nə cənub, nə də qərb istiqamətindən Belarus ərazisinə bircə nəfərin belə ayağı dəyməməlidir", - deyə ölkə liderinin saytında yazılır.

Dövlət başçısı müşavirə zamanı həmçinin dövlət sərhədinin mühafizəsi və pozulması faktlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsini tapşırıb. Lukaşenkonun fikrincə, vətəndaşlar bilməlidir ki, onları qorumağa hazır insanlar var.

"Bizim əsas vəzifəmiz budur. Qonşu tərəf dəvət etdiyi qeyri-leqal miqrantları rəsmi keçid məntəqələrindən ölkə ərazisindən çıxarmağa başlasa, nə edəcəyik? Siz bunun nəticələrini bilirsiniz, elə onlar da bilir. Onlara xəbərdarlıq etdik, indi qoy özləri düşünsün”, - deyə prezident vurğulayıb.

O, əlavə edib ki, indi top qonşu dövlətlərin tərəfindədir.

"İnsanları ölümcül vəziyyətə salıb, yarımcal halda bizim ərazimizə atmaq... Bunu yalnız nasistlər edə bilər, belələrinə nə deyəsən axı”,- deyə Lukaşenko fikrini tamamlayıb.