05 May 2024
LOQO nədir və niyə əhəmiyyətlidir? - PEŞƏKAR DİZAYNERDƏN AÇIQLAMA

LOQO nədir və niyə əhəmiyyətlidir? - PEŞƏKAR DİZAYNERDƏN AÇIQLAMA

24 İyun 2022
Baxış: 944

"LOGO" - müəssisə və təşkilatıların fəaliyyətlərini və markalarını bir adla ifadə etmək üçün yaddaşlarda qalmasına təsir edə biləcək simvol görüntüsüdür.

Bir təqdimat vasitəsi kimi loqo istehlakçılar və digər maraqlı tərəflər üçün şirkətin məhsullarında, internet saytında, hesabatlarında və vizit kartında da daxil olmaqla bir çox müxtəlif yerlərdə istifadə edilir. Uğurlu loqo dizaynı istehlakçıların qərarlarına təsir etmək gücünə malikdir. Yaxşı hazırlanmış loqolar istehlakçıların diqqətini cəlb edərək, brendin əsas mesajını çatdırır və rəqiblərindən fərqlənərək brendi şüura həkk edir. Buna görə də, loqo dizaynın şirkət performansına təsir edən mühüm amil və marka dəyərinə vacib töhfə verən önəmli bir vasitə olduğu nəzərə alınmalıdır.

Bəs loqonu seçərkən nələrə diqqət edilməlidir?

- Loqo yaddaşlarda qala biləcək şəkildə olmalı;

- Sadə olmalıdır.

- Loqo şəkillə və yazı ilə birlikdə istifadə oluna bilər.

- Loqo təmsil etdiyi təşkilatın, markanın xüsusiyyətlərinə və məqsədinə uyğun olmalıdır. Bunuda qeyd edim ki Qədim Misirlilər tarixdə ilk loqo dizaynerləri kimi qələmə alınırlar. Onlar, 13-cü əsrdə ev heyvanlarını dəyişik salmamaq üçün hər birini xüsusi heroqliflərlə işarələyiblər.

Əmrah Mövsümzadə (Dizayner, "Rotera Group" -un rəhbəri)

Teqlər: LOQO