17 May 2024
Litva Seymi yerli Kommunist Partiyasını sakinləri sürgün etməkdə təqsirli bilib

Litva Seymi yerli Kommunist Partiyasını sakinləri sürgün etməkdə təqsirli bilib

19 May 2023
Baxış: 449

Litva parlamenti ölkənin Kommunist Partiyasını 1944-1963-cü illərdə deportasiya və işgəncələrə görə təqsirli bilib.

Bu barədə LRT məlumat yayıb.

Bu il Litvada 20-ci əsrin “Bahar” kod adlı ən böyük deportasiyasının 75-ci ildönümüdür.

“Cəmi iki gün ərzində – 1948-ci il mayın 22-23-də Litvanın 40 mindən çox sakini zorla sürgün edilib ki, onların da təxminən 12 mini uşaq olub. Bir çox körpə və azyaşlı uşaq mal-qara vaqonlarında daşınma zamanı xəstəlik və ya qida çatışmazlığı səbəbindən ölüblər”, - Seym üzvü Audronüs Ajubalis vurğulayıb.

Litva Seymi 97 səslə yerli Kommunist Partiyasının prosesdə iştirakını tanıyıb. Layihədə deyilir ki, partiya “Litva sakinlərinin məhv edilməsinə, əmlaklarının müsadirə edilməsinə və mənimsənilməsinə, öncədən planlaşdırılan və onun göstərişi ilə həyata keçirilən soyqırımına bərabər olan işgəncələrə və deportasiyaya görə məsuliyyət daşıyır”.

Teqlər: