18 May 2024
Lavrovun BMT-dəki çıxışı zamanı hamı zalı TƏRK ETDİ - BOYKOT + VİDEO

Lavrovun BMT-dəki çıxışı zamanı hamı zalı TƏRK ETDİ - BOYKOT + VİDEO

01 Mart 2022
Baxış: 523

Cenevrədə tərksilaha dair beynəlxalq konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışının yayımı zamanı bir sıra Qərb nümayəndə heyəti boykot əlaməti olaraq zalı tərk edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi xəbər verib.

“Diplomatlar Lavrovun öncədən lentə alınmış çıxışının əvvəlində nümayişkaranə şəkildə zalı tərk ediblər”, - deyə məlumatda bildirilir.

Agentlik əlavə edib ki, rusiyalı naziri dinləmək üçün konfrans zalında qalanlar arasında Yəmən, Əlcəzair, Venesuela, Suriya və Tunisdən olan nümayəndə heyətləri olub.