06 May 2024
Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi müzakirə edib

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi müzakirə edib

21 İyul 2020
Baxış: 428

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AJM-nın Moskva müxbirinə verilən məlumata görə, S. Lavrov Polad Bülbüloğlu və Vardan Toqanyanla işgüzar səhər yeməyində Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələlərini, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinin fəallaşması perspektivlərini müzakirə edib.

Teqlər: Lavrov