18 May 2024
Laçında itkin düşmüş hərbçilərimizin FOTOLARI

Laçında itkin düşmüş hərbçilərimizin FOTOLARI

07 Mart 2022
Baxış: 440

Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın fotoları yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Laçın rayonu ərazisində yerləşən döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

(konkret.az)

Teqlər: Laçın