18 May 2024
Laçında hərbi qulluqçularımız həlak oldu

Laçında hərbi qulluqçularımız həlak oldu

04 Yanvar 2024
Baxış: 516

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”, - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.